SOCAR Gürcüstanın bir hissəsinin qaz təchizatını məhdudlaşdırdı

"SOCAR Gas Georgia” martın 29-dan aprelin 3-dək Acarıstanın (Gürcüstanın Muxtar Respublikasının) qaz təchizatını dayandırır.
"APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın Gürcüstandakı törəmə şirkətinin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, buna səbəb Kobuleti-Batumi magistral avtomobil yolunda aparılan təmir işləridir.
"SOCAR Georgia Gas” abonentlərindən üzr istəyir. Əhalidən olduqca diqqətli olmağı xahiş edirik. Bu müddət ərzində regional ofislərimiz 24 saatlıq rejimdə çalışacaq”, - deyə məlumatda qeyd olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























