ARDNF ötən ay AÇQ və "Şahdəniz" üzrə gəlirlərini açıqladı

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və "Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin aprelin 1-ə əldə edilən gəlirlərini açıqlayıb.
ARDNF-dən "APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-mart aylarında AÇQ yataqları üzrə fond 1,137 mln. ABŞ dolları, "Şahdəniz” yatağı üzrə isə 40 mln. ABŞ dolları həcmində gəlir əldə edib.
Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.02.2016 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 118,146 mlrd. ABŞ dolları, "Şahdəniz” yatağı üzrə isə 2,483 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























