Gömrükdə əməliyyat: 10 800 ədəd siqaret götürüldü

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə,idarənin "Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin yük yerində alətlər dəstinin altından, sağ və sol panellərin içindən üzərində aksiz markası olmayan gömrük nəzarətindən gizlədilmiş 3 adda 10 800 ədəd siqaret aşkar edilərək götürülüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























