Bakıda ictimai nəqliyyatda yeni kontaktsız ödəniş metodu yaradılacaq

May ayının sonuna qədər Bakıda ictimai nəqliyyatda xüsusi stikerlər vasitəsilə kontaktsız ödəniş həyata keçirilməsinin yeni metodu işə salınacaq.
Bu barədə Trend-ə layihəyə yaxın mənbədən məlumat veriblər.
Mənbənin sözlərinə görə, stikerləri Azərpoct məntəqələrindən, banklardan və Bakı Metropolitenindən əldə etmək mümkün olacaq.
Stikerin balansını mobil telefondakı elektron balansla ödəmək mümkün olacaq.
Elektron balansı Azərpoct-da, eləcə də bütün MilliÖN, eManat, ExpressPay və Easypay terminallarında artırmaq mümkün olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























