• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncə-Naxçıvan marşrutu üzrə uçuşlar başlayır

Gəncə-Naxçıvan marşrutu üzrə uçuşlar başlayır
11.04.2016 15:17
"Azərbaycan Hava Yolları" (AZAL) mayın 15-dən etibarən Gəncədən Naxçıvana müntəzəm reyslərə başlaması barədə elan edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək. Gəncə Beynəlxalq Hava Limanından uçuş - saat 12:55-də, Naxçıvan Beynəlxalq Hava Limanına eniş - saat 14:25-də. Naxçıvandan uçuş saat 15:05-də, Gəncə Beynəlxalq Hava Limanına eniş - saat 16:40-da.

Uçuş müddəti 1,5 saat təşkil edir ki, bu da uçuşun münaqişə zonasından yan keçməklə təhlükəsiz ərazilər üzərindən həyata keçirilməsi ilə bağlıdır.

Ölkədaxili sərnişin daşımalarının qiymətini tənzimləyən Azərbaycan Respublikasının Tarif Şurası bu marşrut üzrə bir tərəfə aviabiletin qiymətini 60 manat məbləğində təyin etmişdir.

Aviareyslər komfortlu Embraer E-190 laynerləri ilə həyata keçiriləcək.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkün olacaq. Daha ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+994 12) 598-88-80;

*8880

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol