• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar-CityNet” yeni kampaniyaya start verdi

“Nar-CityNet” yeni kampaniyaya start verdi
13.04.2016 11:18
"Nar-CityNet” öz müştəriləri üçün daha bir maraqlı təkliflə çıxış etdi. Yeni kampaniya çərçivəsində "Nar-CityNet” FTTB (Fiber to the Building – bina üçün fiber optik) xidmətinə keçmiş və 2 ay öncədən aylıq ödəniş etmiş bütün mövcud ADSL abunəçiləri fiber optik yayım avadanlığını pulsuz əldə etmək imkanı qazanırlar.

Hazırda "Nar-CityNet” Bakı şəhəri və Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində FTTB, ADSL (Assymetric Digital Subscriber Line – Assimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyaları əsasında yüksəksürətli sabit internet, Naxçıvan şəhərində DVB-T2 texnologiyası (Digital Video Broadcasting – 2-ci nəsil rəqəmsal TV yayımı) əsasında təqdim olunan rəqəmsal TV xidməti və IPTV xidmətlərini təklif edir.

Xatırladaq ki, çoxfunksiyalı rabitə strategiyası çərçivəsində "Nar” mobil operatoru ölkənin ən iri sabit internet provayderlərindən biri olan "CityNet”i satın aldı. "Nar-CityNet” layihəsi "Nar”ın çoxfunksiyalı rabitə strategiyası, ev və biznes üçün yüksəksürətli və keyfiyyətli sabit internet xidmətlərinin rəqabətədavamlı qiymətlərlə təqdim edilməsini nəzərdə tutan uzunmüddətli proqramdır.

Bu gün "Nar” genişləndirilmiş, yenilənmiş və rəqabətədavamlı mobil şəbəkəsi sayəsində bütün ölkə boyunca 4G və 3G texnologiyalarına əsaslanan yüksəksürətli mobil internet xidməti göstərir. Mobil operatorun strateji hədəfi etibarlı və yüksəksürətli internet imkanını təkcə mobil telefonlara deyil, eləcə də evlərə və iş yerlərinə çatdırmaqdır. Artıq mobil və sabit şəbəkələrin təkmilləşdirilməsi üçün ciddi sərmayə yatırılıb və gələcəkdə uzunmüddətli "Multiplay” strategiyası çərçivəsində bu sahəyə daha böyük məbləğdə investisiya ayrılması planlaşdırılır.

"Nar-CityNet” haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənə bilərsiniz.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol