• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yeni tikililərin qiyməti 5% bahalaşıb

Bakıda yeni tikililərin qiyməti 5% bahalaşıb
14.04.2016 15:20
Bakı şəhərinin yaşayış tipli daşınmaz əmlak bazarında 2015-ci ilin dekabr ayından bu ilin fevralınadək qiymətlərin orta hesabla 6% artımı müşahidə olunub.

 Belə ki, dekabrın ilk günlərində mənzilin orta qiyməti 1 332 manat/kv.metr təşkil edirdisə, bu ilin fevralında qiymət artıq 1 409 manat/kv.metrədək yüksəlib. 

"Report" xəbər verir ki, bu barədə "AS Group Investment" şirkətinin Yeniemlak.az daşınmaz əmlak portalındakı rəqəmlər əsasında apardığı hesabatda bildirilir.

"AS Group Investment"in ekspertləri qeyd edirlər ki, yeni tikililərdə qiymət artımı köhnə tikililərdə olan artımı 2 dəfə üstələyir və müvafiq olaraq 4,8% və 2,75% təşkil edib. Bu fərqin bir neçə səbəbi var və birincisi keyfiyyət amili ilə bağlıdır: "Köhnə tikililərdə qiymət ənənəvi olaraq yeni tikililərdən baha olsa da, bu fərq azalmaqdadır. Belə ki, 2016-cı ilin yanvar ayında köhnə tikililərdə mənzilin qiyməti yeni tikililərdən 6% baha olsa da, 2014-cü ilin yanvarında bu fərq 15% olub. Qiymət fərqinin yeni tikililərin xeyrinə dəyişməsi, tələbin istismar müddəti başa çatmaqda olan mənzillərdən yeni, keyfiyyətli mənzillərə doğru dəyişməsindən xəbər verir". 

"İkincisi - ipoteka amilidir. Tikinti şirkətləri tərəfindən ilkin bazarda təklif olunan orta və uzunmüddətli kreditlər, ipoteka məhsulları bu tip mənzillərin əlçatanlığını artırır. Bu da tələbə, yekunda isə hazır və tikilən yeni tikililərin qiymətinə öz təsirini göstərir. Köhnə tikililərdə isə ipoteka ilə mənzil almaq üçün bir çox tələblərə cavab vermək lazımdır. Alıcılar üçün tikilməkdə olan yeni tikililər xüsusilə cəlbedicidir. Alıcıları cəlb etmək üçün tikinti şirkətləri müxtəlif ipoteka və kredit məhsulları təklif edir. Bu cür təklif köhnə tikililərdə və çıxarışı olmayan yeni tikililərdə yoxdur. Tikilməkdə olan yeni tikilər bazarında ən optimal variantı seçmək üçün alıcı bütün mövcud təklifləri dərindən araşdırmalıdır", - deyə təhlildə bildirilib.

"AS Group Investment"in analitikləri əlavə edirlər ki, təhlil zamanı nəzərdən keçirilən bütün yeni layihələrin icrasına 2014-cü ildə başlanılıb və 2017-2018-ci illərdə başa çatması planlaşdırılır: "Tikinti şirkətləri qiymətlərini il ərzində müxtəlif şəkildə dəyişib. Belə ki, əksər layihələrdə qiymətlər 2015-ci ilin aprel ayından 2016-cı ilin mart ayınadək 5-29% artıb".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol