• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” tələbələrə müasir GSM avadanlığı ilə işləmək imkanı yaratdı

“Nar” tələbələrə müasir GSM avadanlığı ilə işləmək imkanı yaratdı
14.04.2016 17:07
Aprel ayının 14-də Azərbaycan Texniki Universitetində "Nar” tərəfindən telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyanın açılış mərasimi keçirildi. 

"Azerfon” MMC və Texniki Universitet arasında imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində "Nar” müvafiq telekommunikasiya avadanlığını təmənnasız şəkildə universitetin istifadəsinə təqdim etdi.

Yenilənmiş laboratoriyada tələbələrə GSM haqqında nəzəri biliklərlə yanaşı GSM avadanlığının istismarı, daxili GSM şəbəkəsinin yaradılması və ona nəzarət kimi xüsusi biliklərə yiyələnmək fürsəti veriləcəkdir. Bundan əlavə, imzalanmış müqaviləyə əsasən, "Nar” mobil operatorunun peşəkar texniki işçi heyəti tələbələr üçün təlim kurslarının və seminarların keçirilməsini təmin edəcəkdir.

"Nar” tərəfindən təmin edilən telekommunikasiya avadanlığı "Kommutasiya sistemləri və poçt rabitəsi” kafedrasının laboratoriyasında quraşdırıldı. Mobil operator avadanlığa tələb olunan hər cür texniki dəstək xidmətlərini də öz üzərinə götürdü. Tədris mərkəzində mobil rabitə sahəsinə dair təlim dərsləri "LTE – mobil rabitənin yeni nəsli”, "IMS və NGN texnologiyası”, "İnternetə naqilsiz daxilolma texnologiyaları”, "Mobil rabitə şəbəkələrinin tezlik-ərazi planlaşdırılması” və "Mobil rabitə şəbəkələrində xidmət keyfiyyəti” mövzularını əhatə edəcək.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinə GSM avandanlığının təmənnasız təqdim olunması və tələbələrə metodik dəstəyin verilməsi "Nar” operatorunun KSM (Korporativ Sosial Məsulliyyət) strategiyası çərçivəsində həyata keçirilir. "Nar” təhsil sahəsini KSM strategiyasının mühüm istiqaməti olaraq qiymətləndirir.

Bu və digər layihələr haqqında daha ətraflı məlumatı www.nar.az internet səhifəsində öyrənə bilərsiniz.





www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol