Gömrük rüsumları və aksizlər üzrə büdcə daxiolomlaları azaldı

Cari ilin mart ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 173 653,49 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 41 237,13 min manat yaxud 31,14% çoxdur.
"Report"un Komitəyə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3 169,11 min manat yaxud 6,7% azalaraq 44 217,05 min manat olub.
Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 48 961,00 min manat yaxud 64,7% artaraq 124 631,39 min manat, aksizlər 4 905,33 min manat yaxud 64,57% (2,8 dəfə) azalaraq 2 691,77 min manat, yol vergisi üzrə daxilolmalar isə 350,56 min manat və ya 19,90% artaraq 2 113,27 min manat təşkil edib.
Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərdə isə 2016-cı ilin I rübündə Dövlət Gömrük Komitəsinin proqnoza 114,8% əməl edərək büdcəyə 416,9 mln. manat vəsait təmin etdiyi, buunun da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% və yaxud 74,9 mln. manat çox olduğu açıqlanıb.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır