• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC-in Dohada razılığa gələ bilməməsi neftin qiymətinə təsir etdi - EKSPERT

OPEC-in Dohada razılığa gələ bilməməsi neftin qiymətinə təsir etdi - EKSPERT
18.04.2016 11:45
"OPEC Dohada razılığa gələ bilmədi. Birja bu qərara qısa zamanda reaksiya verdi. Neftin qiyməti ilk birja günündə 5 faizə yaxın aşağı düşdü. Beynəlxalq analtiklər qiymət azalmalarının davam edəcəyini proqnozlaşdırırlar. Beləcə, neftin qiymətinin yenidən yüksələcəyi ilə bağlı bir sıra neft ölkələrində formalaşan ümidlər "dəfn olundu"".
 
ANN.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspertin fikrincə, Azərbaycan üçün Doha Görüşü əhəmiyyətli idi:  
 
"Belə görsənir ki, OPEC və digər aparıcı istehsalçılar oktyabr ayınadək hasilatın dondurulmasını məsələsini gündəmdən çıxartdılar. Doha Görüşü əslində bir daha "neft bumu dövrünə” qayıtmağın çətin olacağına və hətta mümkünsüzlüyünə işarə idi. Neft ölkəsi olan Azərbaycan üçün Doha Görüşü əhəmiyyətli idi. Neftin dünya bazar qiymətindəki aşağı düşmələr ölkəyə daxil olan valyutanın azalmasına səbəb olacaq. Valyuta daxilolmalarının artırmağın yeganə yolu islahatların sürətləndirilməsidir. Struktur islahatları, liberallaşma və geniş miqyaslı elektronlaşma qeyri-neft sektorunun inkişafını stimullaşdıra bilər. Artıq bütün neft ölkələri qara qızılın qiymətində daha kəskin azalmalara hazır olmalıdırlar. Bu hazırlıq isə yeni iqtisadi islahatlar paketinin hazırlanmasından keçir".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol