• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL daxili marşrutlar üzrə yenilənmiş uçuş cədvəlini təqdim edir

AZAL daxili marşrutlar üzrə yenilənmiş uçuş cədvəlini təqdim edir
19.04.2016 11:42
"Azərbaycan Hava Yolları" (AZAL) ölkədaxili marşrutlar üzrə yeni uçuş cədvəli barədə elan edir.

AZAL-ın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, Bakı-Gəncə-Bakı marşrutu üzrə birbaşa uçuşlar aprelin 25-dən etibarən həftədə 4 dəfəyə kimi artırılacaq və bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.

Bundan əlavə, mayın 15-dən etibarən Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfəyə kimi artırılacaq və bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.

Xatırladaq ki, Bakı-Gəncə reysi üzrə aviabiletin qiyməti 30 manatdan 56 manata kimi (aviabiletin alınma vaxtından və reysdə yerlərin dolmasından asılı olaraq), Gəncədən Naxçıvana isə 60 manat məbləğində müəyyən olunmuşdur.

Sözügedən marşrutlar üzrə reyslər komfortlu Embraer E-170/E-190 laynerləri ilə yerinə yetirilir.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Daha ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80;

*8880

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol