• $
  • €
  • ₽
  • ₺
  • £

Bank of Baku-dan Yeni Xidmət: Suallarınızı Video Zənglə ünvanlayın!

Bank of Baku-dan Yeni Xidmət: Suallarınızı Video Zənglə ünvanlayın!
21.04.2016 13:17
Rəqəmsal dünyanın tələblərini öz işinə asanlıqla uyğunlaşdıran, xidmət və məhsullarında saysız-hesabsız yeniliklər tətbiq edən Bank of Baku, bu dəfə müştərilərinə yeni "Video zəng” xidmətini təqdim edir.

"Video zəng” xidməti nədir?

Video zəng, bankla əlaqə saxlamaq istəyən müştərilərə təqdim edilən bir çox xidmət vasitələrindən biri olub, müştəriyə Bankın məsul əməkdaşı ilə video görüntü əsasında müraciətini ünvanlamaq imkanı yaradan yeni xidmət növüdür. Bank, 145 Məlumat Mərkəzi vasitəsilə təqdim etdiyi bu xidmət vasitəsilə müştərilərə suallarına cavabı birbaşa olaraq mərkəzin məsləhətçisindən əldə etmək üçün zəmin yaradır.

Xidmətdən kim və necə faydalana bilər?

Video zəng xidmətindən bütün müştərilər, eləcə də Bankın xidmət və məhsulları haqqında məlumat əldə etmək istəyən hər bir şəxs faydalana bilər. Xidmətdən istifadə üçün Bankın korporativ saytında http://www.bankofbaku.com/ "video zəng” düyməsinə basmaqla keçid almaq olar. Xidmətdən istifadə qaydası ilə bağlı qısa video təlimatla bu linkdən tanış ola bilərsiniz.

Video zəng xidmətinin əsas üstünlükləri hansılardı?

* Dünyanın istənilən nöqtəsində internetə çıxışınız varsa, məsləhətçi ilə əlaqə saxlaya bilərsiniz. Müştəri müraciətini həm video, həm də audio zəng vasitəsilə və ya yazaraq ünvanlaya bilər.

* Onlayn bələdçilik xidmətindən faydalanmaq imkanı - əgər müştəri Bankın saytında hansısa məlumatın tapılmasında çətinlik çəkərsə, məsləhətçi saytda həmin yeri işarələyib ona nümayiş etdirə bilər

* Fayl göndərmək imkanı – həm müştəri, həm də məsləhətçi fayl göndərmək imkanına malikdirlər

* Yazışmanı yadda saxlamaq imkanı – nüsxəsini e-poçtunuza göndərə və ya çap edə bilərsiniz

* Digər – məsləhətçi məşğul olduğu halda istifadəçi zəng sifarişi yerləşdirə, həmçinin mesaj yaza və xidməti qiymətləndirə bilər.

Video zəng xidməti həftəiçi hər gün saat 09:00-dan 18:00-dək müştərilərin xidmətindədir. Bu xidmətlə yanaşı, müştərilər Bank of Baku-ya sual və müraciətlərini həm 145 Məlumat

Mərkəzinə zəng etməklə, həm də Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə yazmaqla ünvanlaya bilərlər.

Xatırladaq ki, şəhərdaxili telefonlardan, həmçinin regionlardan 145 Məlumat Mərkəzinə edilən zənglər pulsuzdur. Zəng etmək imkanı olmayan müştərilər, suallarını 8145 qısa nömrəsinə göndərməklə cavablandırılmasını təmin edə bilərlər.

Daha ətraflı:

145 məlumat mərkəzi
 www.bankofbaku.com 
www.facebook.com/bankofbaku

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol