• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qanunsuz tikinti işləri dayandırılıb

Bakıda qanunsuz tikinti işləri dayandırılıb
22.04.2016 11:55
Torpaqların məqsədli dövriyyəsinə qaytarılması təmin ediləcək.

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) torpaq müfəttişləri tərəfindən növbəti dəfə Səbail, Abşeron və Xəzər rayonlarında torpaq reydləri və monitorinqləri aparılıb. 

Bu barədə Komitədən bildirilib.

Komitədən verilən məlumata görə, monitorinqlər nəticəsində Səbail rayonunda dövlət mülkiyyətində olan 23 hektar torpaq sahəsində qanunsuz olaraq və hüquqi əsası göstərən heç bir sənəd olmadan özbaşına tikinti aparılması halları aşkarlanıb və qarşısı alınıb.  

Abşeron və Xəzər rayonlarında aparılan monitorinqlər zamanı məlum olub ki, müxtəlif şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qeyri-yaşayış və müxtəlif məqsədli ilkin tikinti işləri aparılıb.

"Abşeron rayonunda Novxanı və Mehdiabad qəsəbələrində vətəndaşların mülkiyyətinə verilmiş pay (əkin) torpaqlarında təyinatına zidd olaraq obyektlərin inşasının qarşısı alınıb. 

Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində də torpaqların kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq aparılan qanunsuz tikinti işləri dayandırılıb”,- deyə komitədən bildirilib. 

Bu hallarla kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan torpaq sahələrinin istifadəsi ilə bağlı torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulub. 

Qeydə alınan pozuntu halları ilə əlaqədar tədbirlər görülüb, cərimələr və sanksiyalar barədə inzibati protokol və aktlar tərtib edilib. 

ƏMDK-dan bildirilib ki, komitə tərəfindən torpaqların hüquqi rejiminə uyğun istifadəsi ilə bağlı paralel olaraq respublikanın digər şəhər və rayonlarında da monitorinqlər aparılır. 

"Qarşıdakı dövrdə belə pozuntuların baş verməməsi məqsədilə Komitə tərəfindən qabaqlayıcı tədbirlər davam etdiriləcəkdir”, - deyə komitə xəbərdarlıq edib. 

Belə tədbirlərin nəticəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması təmin ediləcək.

Təyinatına zidd istifadədə olan torpaqlar qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb ediləcək.

Qeyd edək ki, 2016-cı ildə torpaq müfəttişləri tərəfindən respublikada 480-dən çox qanunvericiliyin tələblərinin pozulması halı aşkar edilib. 

Ümumilikdə isə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı indiyədək 929 hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib, 230 halla bağlı inzibati protokol tərtib edilib. 

170 halla bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul olunub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol