• $
  • €
  • ₽
  • ₺
  • £

Natiq Əliyev: "Neft hasilatı artmaqda davam edir"

Natiq Əliyev: "Neft hasilatı artmaqda davam edir"
25.04.2016 12:44
"BMT-nin statistikası göstərir ki, dünyada neft hasilatı artmaqda davam edir və bu tendensiya 2040-cı illərə qədər davam edəcək". 

"Report" xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan SOCAR: "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" konfransında çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
N.Əliyevin sözlərinə görə, Xəzər regionu Çin, Asiya, Qərb və digər regionlar arasında əhəmiyyətli körpü rolunu oynayır: "Hər il neft təklifi tələbdən təxminən 1,5 mlrd. barel artıq olur. Lakin qiymətlərin ucuzlaşmasının əsas səbəbi hamının bildiyi, amma bəzilərinin deməyə cəsarət etmədiyi siyasi səbəblərlə bağlıdır. Ölkələr bazarda öz paylarını itirməmək üçün hasilatı azaltmaqdan imtina etdilər".

Nazir Krım hadisələrinin Avropanın qaz təchizatına mənfi təsir etdiyini də deyib: "Məlum hadisələr nəticəsində Rusiyanın Ukraynaya qaz verməməsi 6 Avropa ölkəsinin qazsız qalmasına səbəb olub. BMT-nin göstəricilərinə görə, Xəzər və Orta Asiya regionu çox geniş ölkələrin tələbatını təmin edə bilər. "Şahdəniz", "Kaşaqan" (Qazaxıstan - red.) və "Cənubi Yoloten" (Türkmənistan - red.) yataqları Xəzər regionunu çox qeyri-adi regiona çevirir".
***

Azərbaycanda maksimal illik neft hasilatı 51 mln. ton olub. "Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib: "Hazırda çalışırıq ki, hasilatı sabit saxlayaq".
N.Əliyev bildirib ki, hazırda tikilməkdə olan və fəaliyyət göstərən neft və qaz kəmərlərinin genişləndirilməsi mümkündür.
"Bizim dənizdə layihələrin həyata keçirilməsinə böyük marağımız var. "Şahdəniz" yatağının genişləndirilməsi çərçivəsində Azərbaycan və Gürcüstanda görülən işlərin bir çoxu vaxtından əvvəl başlayıb. Baxmayaraq ki, işlərin 2019-cu ildə yekunlaşması planlaşdırılıb", - deyə nazir əlavə edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol