• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL: Parkımızdakı "Dreamliner"lərin mühərrikində nasazlıq yoxdur

AZAL: Parkımızdakı "Dreamliner"lərin mühərrikində nasazlıq yoxdur
25.04.2016 17:29
"Boeing 787 Dreamliner" təyyarələrinin mühərriklərində aşkarlanan problem "GEnx-1B PIP2" model mühərriklərə aiddir və artıq istehsalçılardan bu tip mühərrikli təyyarələri istismar edən aviaşirkətlərə əlavə yoxlamaların aparılmasının zəruriliyi barədə müvafiq göstəriş gəlib.
 
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq "Azərbaycan Hava Yolları" QSC-nin  (AZAL) mətbuat xidmətindən bildirilib.

"AZAL-ın təyyarə parkına daxil olan hər iki "Boeing 787 Dreamliner" təyyarələrində quraşdırılan "General Electric" mühərriklərinin seriya nömrəsi texniki qüsurun aşkarlandığı mühərrik kateqoriyasına daxil deyil. Buna baxmayaraq, AZAL-ın mühəndis-texniki heyəti "General Electric” və "Boeing” şirkətləri ilə bu məsələyə dair məsləhətləşmələr aparır və lazım gələrsə hava gəmilərinin mühərriklərində əlavə işlər görüləcək. Onu da qeyd edək ki, bütün növ hava gəmilərinin aparılan müntəzəm texniki yoxlamaları və auditlər normal istismar zamanı onların təkmilləşdirilməsinə dair bəzi tövsiyələr tələb edə bilər. Bununla bağlı istehsalçılar tərəfindən əlavə servis bülletenləri buraxılır ki, bu da normal dünya praktikasıdır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, "Boeing 787 Dreamliner” ən müasir sərnişin təyyarələrindən biridir. 250-dən çox bu tipli təyyarələr dünyanın 29 ölkəsində 30-dan çox aviaşirkət tərəfindən istismar olunur. Bu tipli təyyarənin ümumi uçuş müddəti 3 milyon saatdan çoxdur.
 
Xatırladaq ki, ABŞ AZAL-ın da parkında yer alan "Boeing 787” təyyarələrinin mühərriklərində ciddi problem aşkarlandığını bəyan edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol