• $
  • €
  • ₽
  • ₺
  • £

DGK "Samur" gömrük postundan keçirilmiş yüklərlə bağlı məlumatlara aydınlıq gətirdi

DGK "Samur" gömrük postundan keçirilmiş yüklərlə bağlı məlumatlara aydınlıq gətirdi
27.04.2016 18:40
Dövlət Gömrük Komitəsi (DGK) Türkiyədən Azərbaycana gətirilən 10 tonluq, 200 min dollarlıq qadın ayaqqabısı saxta sənədlərlə Rusiyaya aparılmaq adı altında guya Bakıda rəsmiləşdirilməsi barədə yayılan məlumatlata münasibət bildirib.

DGK mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir ki, "Samur" gömrük postunda, Gürcüstan Respublikasından Rusiya Federasiyasına tranzit gömrük proseduru altında gedən "Mersedes Benz Atgeo" markalı, 99 XA 965 dövlət nömrə nişanlı yük avtomobilinə keçirilmiş gömrük baxışı zamanı, 10.150 kq çəkidə rezin tərliklər yükünün Türkiyə Respublikasında istehsal olduğu müəyyən edilmişdir. Lakin müşayiət sənədlərində yükün Gürcüstan istehsalı olduğu qeyd edilib.

Daha sonra məlumatda bildirilir: "Xaçmaz Gömrük İdarəsində sorğu-sual olunan sürücü Hüseynov Niyaməddin Əliheydər oğlu bildirmişdir ki, o, idarə etdiyi "Mersedes Benz Atgeo" markalı, 99 XA 965 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə Gürcüstan Respublikasının Tiflis şəhərindən rezin tərliklər yükü götürərək, 30 mart 2016-cı il tarixdə "Sınıq Körpü" gömrük postundan keçməklə "tranzit" gömrük prosedurunda Azərbaycan Respublikasına daxil olmuşdur. Həmin gün təyinatı üzrə Rusiya Federasiyasına getmək üçün "Samur" gömrük postuna gəlmişdir. Burada yükə aid müşayiətedici sənədləri gömrük işçisinə təqdim etdikdən sonra yükə keçirilən baxış zamanı, rezin tərliklər yükünün Gürcüstan Respublikası istehsalı deyil, Türkiyə istehsalı olduğunu müəyyən edilmişdir. Hüseynov Niyaməddin Əliheydər oğlu yükü qəbul edərkən yanında olduğunu, lakin tərliklər olan bağlamaların üzərindəki yazılara fikir vermədiyini və bu səbəbdən də Türkiyə istehsalı olduğunu bilməyib.

Beləliklə də, Hüseynov Niyaməddin Əliheydər oğlu tranzit gömrük proseduru altında apardığı yüklə bağlı düzgün olmayan məlumatlar verib.

Bununla da, Hüseynov Niyaməddin Əliheydər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərədə tutulan inzibati xətaya yol verib.

Yuxarıda göstərilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Niyaməddin Əliheydər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 300 manat məbləğində cərimə edilmiş, yük sənədlərində düzəliş edilməsi üçün geri qaytarılması qərara alınıb.

Həmçinin guya həmin yük təcili olaraq Bakıya aparılaraq Bakı Baş Gömrük İdarəsinin həyətində gömrük yoxlamasından keçirilməsi barədə məlumat yayılıb.

Onu da qeyd edək ki, müvafiq qanunvericiliyə uyğun olaraq cərimə ödənildikdən sonra yük maşını "Samur" gömrük postunun terminalına yönləndirilmiş və hazırda da o terminaldadır və yük sahibi avtomobili hələ də terminaldan çıxarmaq fikrində deyil.

Dövlət Gömrük Komitəsinə bu barədə sorğu aprel ayının 26-da saat 17 radələrində, iş gününün sonunda 195 çağrı mərkəzinin xəttilə daxil olub. Sorğu araşdırma tələb etdiyindən onu göndərən şəxsə də bu barədə ətraflı izahat verilib, aprelin 27-də günün birinci yarısında sorğunun cavablındırılacağı bildirilib.

Lakin sorğunu göndərən şəxs qanunun tələblərini nəzərə almadan, qarşı tərəfin mövqeyini dəqiqləşdirmədən məlumatı yaymaqla ictimailəşdirib və dolayısı ilə qanunvericiliyin tələblərini pozub. Yalan və böhtan xarakterli məlumat yayan bu informasiya portalı qanun qarşısında cavab verəcək".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol