• $
  • €
  • ₽
  • ₺
  • £

Yük avtomobillərinin Bakıya buraxılış saatları dəyişir

Yük avtomobillərinin Bakıya buraxılış saatları dəyişir
29.04.2016 12:18
Rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılış saatları mayın 1-dən dəyişəcək.
 
APA-nın məlumatına görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 9 mart 2016-cı il tarixdə "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına etdiyi dəyişikliyə əsasən, yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına dair qrafikdə dəyişiklik edilib. Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, yük və rayon qeydiyyatında olan minik avtomobilləri saat 21:00-dan 7:30-a qədər şəhərə daxil ola bilər.
 
Qeyd edək ki, qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək saat 07:30-dan 20:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, saat 20:00-dan 7:30-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq.
 
Xatırladaq ki, Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli Protokoluna əsasən Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək saat 07:00-dan 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmırdı, yük və rayon qeydiyyatında olan minik avtomobilləri saat 22:00-dan 7:00-a qədər şəhərə daxil ola bilərdi.  Qış rejimi qrafikinə əsasən isə oktyabrın 1-dən mayın 1-dək saat 07:00-dan 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmırdı, saat 21:00-dan 07:00-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil ola bilərdi. ətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli Protokolunda 9 mart 2016-cı il tarixdə müvafiq dəyişikliklər edilib və yeni rejim tətbiq olunub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol