• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda rus maşınları bahalaşacaq

Azərbaycanda rus maşınları bahalaşacaq
29.04.2016 19:29
Rusiyanın avtomobil bazarının lideri – "AvtoVAZ” şirkəti mayın 1-dən "Lada Xray” və "Lada Vesta” modellərinin qiymətini artırır.
 
Fins.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb ölkədə inflyasiya və bazardakı rəqiblərdən geri qalmamaq istəyidir.

Məlumata görə, "Vesta Classic”in qiymətinin 15 min rubl artırılaraq 529 min rubla çatdırılması nəzərdə tutulub. Əvəzində avtomobildəki kondisioner də daxil olmaqla "Start” opsiyalar paketinin 30 min rubldan 25 min rubla qədər ucuzlaşdırılması qərara alınıb.

"AvtoVAZ” "Vesta Comfort”un qiymətini isə 12 min rubl artıraraq 582 min rubla, "Vesta Luxe”nin qiymətini isə 14 min rubl artıraraq 623 min rubla çatdırmaq niyyətindədir.

"Lada Xray” modellərinə gəlincə isə bu maşınların 1,6 litrlik, 106 at güclü rus mühərriki ilə olanları hələ ki, bahalaşmayacaq. 110 at gücündə "Renault-Nissan” mühərrikli "Xray”lərin qiymətinin 11 rubl artırılaraq 639 min rubla, 122  at gücündə, 1,8 litrlik  rus mühərrikli "Xray”lərin isə qiymətinin isə 16 min rubl artırılaraq 669 mnin rubla çatdırılması nəzərdə tutulub.

"Vesta” və "Xray” modellərini almaq istəyənlər onların "metallik” rəng effektlərinə görə əlavə 10 min rubl ödəməli olacaqlar. "Vesta” üçün xüsusi "Lime” rəngi isə əlavə 35 min rubl xərc demək olacaq.

Bundan başqa, sedan tipli, iqlim sistemli "Priora” modelinin "Norma” versiyasının da 10  min rub bahalaşacağı gözlənilir.

"Lada”nın "Kalina”, "Granta”, "Largus” və "4X4” modellərinin isə qiymətinin hələ ki, artırılması nəzərdə tutulmur. Xatırladaq ki, "AvtoVAZ” son 1 ildə qiymətləri 4 mərhələdə artırıb və maşınlar orta hesabla 20% bahalaşıb. Mayda baş tutacaq qiymət artımı bu il fevral bahalaşmasından sonra 2-ci olacaq. Həmin vaxt "Vesta, "Xray” və "Priora” modelləri orta hesabla 4,5% bahalaşmışdı.

Xatırladaq ki, bu ayın əvvəlində Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bəyan etmildir ki, "AvtoVAZ” bazarın tələbinə uyğun olaraq yaxın vaxtlarda bəzi avtomobillərin qiymətini artıracaq.

    Azərbaycanda da bahalaşacaq

Rus avtomobilləri Azərbaycanda da bahalaşacaq. Rus avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Xəzər Lada” şirkətindən fins.aza verilən məlumata görə, hələlik avtmobillərin qiymətlərində hər hansı bir dəyişiklik yoxdur. Belə ki, 2-ci rüb üzrə artıq qiymətlər təsdiqlənib. Bahalaşma Azərbaycan bazarına iyul ayından sonra təsir edəcək. "Lada”lar  200-300 dollar arasında bahalaşa bilər.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol