Gömrükdə bəyanetmə tam elektronlaşdırıldı

Dövlət gömrük komitəsi ölkədə gömrük sistemində yeniliklərin tətbiqi ilə bağlı yeni təkliflər paketi hazırlayaraq, hökümətə təqdim edib. ANS PRESS-in məlumatına görə, bu barədə komitə sədri Aydın Əliyev ANS-ə deyib.
Sədr bildirib ki, bu yeniliklər sahibkarlığın inkişafına yardım edəcək və ölkədə idxal-ixrac əməliyyatlarını əməliyyatlarını daha da stimullaşdıracaq. Gömrükdə bəyanetmə tam elektronlaşdırılıb. Bu sistem bir neçə gündən sonra işə salınacaq.
Komitə sədrinin sözlərinə görə, aparılan son yeniliklərdən sonra gömrük rəsmiləşdirilməsi ilə bağlı heç bir fiziki şəxs tərəfindən şikayət tipli müraciət daxil olmayıb. Bundan başqa komitə bir sıra təkliflər də irəli sürüb. Bunlar arasında komitənin təklif etdiyi "yaşıl dəhliz", tranzit yüklərinə əlavə imkanlar, daxili istehsal üçün rüsumlara dəyişikliklər var.
"Azərbaycanda istehsal olunan məhsullar idxal olunarsa, onların rəqabətdə olması üçün gömrük rüsumlarının artırılması, eyni zamanda gətirilən xammal, avadanlıq və s. üçün rüsumların aşağı salınması, bəzi xammal üçün isə ümumiyyətlə götürülməsi təklifləri hazırlayaraq təqdim etmişik" - deyə Aydın Əliyev bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























