• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ telekanallara reklamlarla bağlı yeni qaydalar göndərdi

MTRŞ telekanallara reklamlarla bağlı yeni qaydalar göndərdi
02.05.2016 19:34
Təvəkkül Dadaşov: "Tezliklə qaydaların tələblərinin icra vəziyyətinə ciddi şəkildə nəzarət ediləcək”

Milli Televiziya və Radio Şurası (MTRŞ) yerli televiziya kanallarına qaçan sətirlə yayımlanan reklamın təqdimolunma qaydasını göndərib. Hazırda yayımçılar yeni qaydaların tələblərinə adaptasiya mərhələsindədirlər.

Bu barədə "Report”a MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov məlumat verib.

O xatırladıb ki, Nazirlər Kabineti tərəfindən bu il martın 2-də "Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası” təsdiq olunub. Həmin Qaydaya görə, televiziya proqramlarında qaçan sətirlə reklamın yayımı xüsusi bildiriş, yaxud "R” işarəsi ilə müşayiət olunmalıdır. Qaçan sətir reklamı TV kadrının aktiv hissəsinin 7%-dən çox sahəsini tutmamalıdır. Bu cür reklamın vaxtı ümumilikdə TV-də reklam üçün ayrılmış ümumi vaxta daxildir.

"Bundan başqa, siyasi verilişlərdə, xəbər proqramında qaçan sətir reklamı verilə bilməz. Uşaq və dini verilişlərdə isə alkoqollu içki reklamı subtitrlə verilə bilməz. Matəm günlərində qaçan sətir reklamı yayımlana bilməz və s.”, - şöbə müdiri deyib.

T.Dadaşov bildirib ki, MTRŞ bu sahədə müəyyən məsələləri nəzərə alır: "Hazırda qeyd etdiyim qayda telekanallara göndərilib. Yayımçılar yeni qaydaların tələblərinə adaptasiya mərhələsindədirlər. Biz burada müəyyən məsələləri nəzərə alırıq. Çünki reklam verənlərlə müqavilələr köhnə şərlərlə bağlanıb. Lakin tezliklə qaydaların tələblərinin icra vəziyyətinə ciddi şəkildə nəzarət ediləcək. Əvvəlki dövrlərdə efirin bəzən 30%-dən çox hissəsini tutan qaçan sətir reklamlarına rast gəlinirdi. Bu isə tamaşaçının hüquqlarını pomaq, proqramların keyfiyyətli yayımına əngəl törədirdi”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol