• $
  • €
  • ₽
  • ₺
  • £

"Mərkəzi Bank manatın məzənnəsinə hələ də təsir edir" - EKSPERT

"Mərkəzi Bank manatın məzənnəsinə hələ də təsir edir" - EKSPERT
04.05.2016 14:12
"Manatın məzənnəsinin müəyyənləşdirilməsində valyuta bazarından daha çox Mərkəzi Bankın təsirləri var" - bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

ANN.Az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov dünya bazarında ucuzlaşan dolların, Azərbaycanda bahalaşmasını bu cür şərh edib.

Vüqar Bayramov son bir həftədə manatın dollara nisbətdə məzənnəsinin 1.5006-dan 1.5094 manatdək azaldığını deyib: "Həmin arada dünya bazarında dollar əsas səbət valyutası olan avroya nisbətən 3 faizə yaxın dəyər itirib. Maraqlıdır ki, milli valyutamız neft bazarındakı dəyişkliklərə də adekvat reaksiya vermir. Bu onu göstərir ki, manatın məzənnəsinin müəyyənləşdirilməsində valyuta bazarından daha çox Mərkəzi Bankın təsirləri var. Mərkəzi Bank alıcı qismində istənilən zaman hərraca daxil olub manatı zəiflədə bilir. Nəticədə manatın qeyri-müəyyən məzənnə dəyişiklikləri kommersiya banklarının kreditlərindəki valyuta növünədə təsir göstərir. Məzənnəni proqnozlaşdırma bilməyən bankların kreditləşməsində xarici valyuta yenə də risksiz hesab olunur".

İqtisadçı dollar ilə istehlak kreditlərinin verilməsi üçün müəyyənləşdirilən qadağanın da başa çatdığını bildirib: "Qadağanın qüvvədə qaldığı ötən bir ayın yekunları göstərdi ki, bu kredit bazarına təsir göstərə bilmədi. Əksinə, bankların əksəriyyəti ümumiyyətlə kreditləşməni dayandırdılar. Aydındır ki, Mərkəzi Bankın qeyri-müəyyən məzənnə siyasəti davam etdikcə banklar manata güvənməyəcəklər. Hələlik isə görünən odur ki, Mərkəzi Bank məzənnəni dəhliz daxilində dəyişməyə çalışır. Amma bu nə qədər belə davam edəcək? Mərkəzi Bankın kommersiya banklarının məzənnə üçün müddətli dəhlizin elan edilməsi ilə bağlı müraciətinə mənfi cavab verməsi isə onu göstərir ki, hətta baş bankın özündə belə bu dəhlizi qoruyub saxlaya biləcəklərinə güvən yoxdur"

Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol