• $
  • €
  • ₽
  • ₺
  • £

TAP kəməri üçün kompressor stansiyalarını inşa edəcək şirkətlər müəyyənləşdi

TAP kəməri üçün kompressor stansiyalarını inşa edəcək şirkətlər müəyyənləşdi
28.05.2020 22:02
Azərbaycan qazını Avropaya nəql etmək üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəmərinin (TAP) kompressor stansiyalarının Mühəndislik, Təchizat və Tikintisi (EPC) üzrə elan olunan tenderin qalibi müəyyənləşib.

"TAP-AG"dən "Report"a verilən məlumata görə, müsabiqədə "Renco S.p.A" (İtaliya) və "Terna S.A" (Yunanıstan) şirkətlərinin alyansı qalib seçilib.

Müqavilə Yunanıstanda, Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində bir kompressor stansiyasının mühəndislik, təchizat, tikinti və istifadəyə verilməsini əhatə edir, Albaniyada isə Fierdə bir kompressor stansiyasının və Billiştdə bir ölçü stansiyasının mühəndislik, təchizat, tikiniti və istismara verilməsi işlərini nəzərdə tutur. Ölçü stansiyası Yunanıstan hissəsindən gələn qazın ölçülməsi üçün nəzərdə tutulur.

Kompressor stansiyalarının inşasına bu ilin ikinci yarısında başlanması nəzərdə tutulur və işlər təxminən 2 il ərzində tamamlanacaq.

TAP-ın icraçı direktoru Yan Bredşou EPC podratçılarını təbrik edib və tenderdə iştirak edən digər şirkətlərə təşəkkür edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. "Şahdəniz" yatağından ilk Azərbaycan qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəməri ilə bağlı layihəni seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km olacaq ki, bunun da 545 km-i Yunanıstan, 215 km-i Albaniya, 105 km-i Adriatik dənizi, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 metr), ən aşağı hissəsi isə (-820 metr) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol