• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə Türkiyə ilə viza rejiminin ləğvi məsələsi qaldırıldı

Milli Məclisdə Türkiyə ilə viza rejiminin ləğvi məsələsi qaldırıldı
06.05.2016 13:38
 Milli Məclisdə Azərbaycan və Türkiyə arasında viza rejiminin ləğvi məsələsi qaldırılıb   

"Türkiyə və Azərbaycan arasında viza sistemi ya ləğv olunmalı, ya da vizada nəzərdə tutulan müddət uzadılmalıdır”. 
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında Azərbaycan hökuməti ilə Rumıniya hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında sazişin təsdiq edilməsi barədə müzakirələrdə çıxışı zamanı Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib. 
 
S. Novruzov bildirib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir: "Son hadisələr də bunu göstərdi ki, Türkiyə həmişə Azərbaycanı dəstəkləyir”.
 
S. Novruzov qeyd edib ki, xüsusən 3 aylıq vizadan Naxçıvan əhalisi əziyyət çəkir: "Türkiyədə işləyən Naxçıvan sakini 3 aydan bir Naxçıvana geri qayıtmalıdır. Belə çıxır ki, işlədiyini də yol xərcinə verməlidir. Heç olmasa, ilkin mərhələdə Naxçıvan sakinləri üçün bu viza sistemi ləğv olunmalıdır”. 
 
Sədr Oqtay Əsədov isə bildirib ki, Türkiyə və Azərbaycan arasında viza məsələsi ilə bağlı iş gedir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol