• $
  • €
  • ₽
  • ₺
  • £

Lisenziyası ləğv olunan bankların vergi borcu açıqlandı

Lisenziyası ləğv olunan bankların vergi borcu açıqlandı
29.05.2020 01:11
Azərbaycanda lisenziyası ləğv olunan banklardan üçünün dövlət büdcəsinə 1 mln. 218 min manat məbləğində vergi borcu var.
 
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Vergilər Nazirliyindən bildirilib.
 
Məlumatda deyilir ki, 2015-ci ilin avqustunda müflis elan edilən "Evrobank” ASC-nin dövlət büdcəsinə 13 min 17,20 manat vergi borcu var.
 
2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən "United Credit Bank” ASC-nin isə vergi borcu 25 min 751,29 manat təşkil edir.

Bağlanan banklar arasında ən böyük vergi borcu olan isə "Texnikabank” ASC-dir. 2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən bu bankın 1 mln. 179 min 99,33 manat vergi borcu hələ də ödənilməyib.

Qeyd edək ki, "Atrabank” ASC-nin, "Azərbaycan Kredit Bankı” ASC-nin, "Gəncəbank” ASC-nin Mərkəzi Bank tərəfindən lisenziyalarının ləğv edildiyi tarixə vergi borcları olmayıb. "Bank of Azerbaijan” və "Qafqaz İnkişaf bankı” ASC-lərin lisenziyalarının ləğv edildiyi tarixə olan vergi borclarının dövlət büdcəsinə ödənilməsi təmin edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol