• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Xəzərdə boru kəmərlərinin tikintisinin əleyhinədir

Rusiya Xəzərdə boru kəmərlərinin tikintisinin əleyhinədir
12.05.2016 11:49
"Bütün qərarlar bir-biri ilə əlaqəli şəkildə qəbul olunmalıdır”.

Xəzər dənizində boru kəmərlərinin tikintisi üzrə birtərəfli qərar yolverilməzdir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Federasiya sərhədlərinin MDB-nin iştirakçı dövlətləri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bəyan edib.

"Rusiyanın bu məsələ ilə bağlı mövqeyi əsaslıdır və çox açıqdır. Xəzər dənizinin hər mənada məxsus olduğu unikal hövzədə magistral boru kəmərlərinin çəkilişinə, hər şeydən əvvəl ekologiya prizmasından və yalnız bundan sonra iqtisadi nöqteyi nəzərdən baxmaq lazımdır”, — deyə Bratçikov "Caspian Energy” jurnalına müsahibəsində bildirib.

Səfir bununla yanaşı qeyd edib ki, məsələnin ekoloji tərəfinin bütün Xəzəryanı dövlətlərə aidiyyəti var və buna görə bütün qərarlar bir-biri ilə əlaqəli şəkildə qəbul olunmalıdır.

"Və burada beş Xəzəryanı dövlətin hamısı səs hüququna malikdir, çünki Xəzər dənizinin gələcəyinə görə həmrəy məsuliyyət daşıyırlar. Transxəzər boru kəmərlərinin tikintisi üzrə birtərəfli fəaliyyət yolverilməzdir”, — deyə Bratçikov bildirib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol