• $
  • €
  • ₽
  • ₺
  • £

iPhone istifadəçiləri olan Bakcell abunəçiləri üçün “Instagram”dan pulsuz istifadə imkanı

iPhone istifadəçiləri olan Bakcell abunəçiləri üçün “Instagram”dan pulsuz istifadə imkanı
13.05.2016 13:45
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda bənzəri olmayan internet təklifləri ilə abunəçilərini sevindirməyə davam edir.

Şirkət iPhone istifadəçiləri üçün pulsuz Instagram xidmətini istifadəyə verdiyini elan edir. Bir müddət öncə Bakcell Novruz hədiyyəsi kimi Pulsuz Facebook və Klass tarifində olan abunəçilər üçün pulsuz Whatsapp kimi müxtəlif innovativ data təkliflərini təqdim edib.

İndi iPhone mobil telefonlarına sahib olan bütün Bakcell abunəçiləri xüsusi sərfəli iPhone paketləri daxilində Instagram xidmətindən pulsuz istifadə etmək imkanı qazanacaqlar. Yeni iPhone paketləri əsas internet paketindən və abunəçilərin öz iPhone mobil telefonlarında istifadə edə biləcəyi xüsusi bonusdan – "Instagram”dan istifadə etmək üçün əsas internet paketinin həcminə bərabər olan həcmdə pulsuz trafikdən ibarətdir.

"Bakcell şəbəkəsində iPhone istifadəçilərinin sayı çoxdur və onların əksəriyyəti fəal Instagram istifadəçiləridir. "Bakcell”in "Daha yaxın olaq” fəlsəfəsinə uyğun olaraq, biz çalışırıq ki, abunəçilərimiz yaşadıqları xoş anları öz yaxınları, dostları və ailələri ilə daha çox paylaşmaq imkanına malik olsunlar. Biz inanırıq ki, indi hər bir iPhone istifadəçisi təqdim edilən bu internet paketlərindən özünə ən çox uyğun olanını seçə biləcək. Aylıq istifadə həcmindən asılı olaraq siz təkliflərdən birini seçə və ona uyğun internet paketində "Instagram”dan pulsuz faydalana bilərsiniz”, - deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

iPhone istifadəçilərinin yararlana biləcəyi yeni paketlər üstünlükləri və aktivləşdirmə kodları ilə birlikdə aşağıdakı cədvəldə göstərilib:

 

iPhone istifadəçiləri üçün paket

Qiymət (ƏDV daxil)

Aktivləşdirmə kodu

1GB + 1GB Instagram

6 AZN

*134*11# yığın və ya "11” yazıb 5934 qısa nömrəsinə SMS göndərin

2GB + 2GB Instagram

8 AZN

*134*22# və ya "22” yazıb 5934 qısa nömrəsinə SMS göndərin

3GB + 3GB Instagram

10 AZN

*134*33# və ya "33” yazıb 5934 qısa nömrəsinə SMS göndərin

5GB + 5GB Instagram

12 AZN

*134*55# və ya "55” yazıb 5934 qısa nömrəsinə SMS göndərin




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol