• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra olunur"

İlham Əliyev: “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra olunur"
13.05.2016 14:20
Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Bolqarıstanın xarici işlər naziri Daniel Mitovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev Bolqarıstanın dövlət başçısı Rosen Plevneliyev və baş nazir Boyko Borisov ilə həm Bolqarıstanda, həm Azərbaycanda keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq bu görüşlərin müntəzəm xarakter daşımasının önəmini qeyd edib. İki ölkə arasında əlaqələrin uğurla və dostluq ruhunda inkişaf etdiyini vurğulayan dövlət başçısı Bolqarıstanın Azərbaycanın yaxın dostlarından biri olduğunu deyib. Siyasi sahədə münasibətlərin çox yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın Bolqarıstan ilə iqtisadi əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Dövlət başçısı Bolqarıstanın "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edərək "Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra olunduğunu vurğulayıb. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq planlarını dəstəklədiyinə görə Bolqarıstana təşəkkürünü bildirib. Avropa İttifaqı ilə danışıqların uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirən dövlət başçısı strateji əhəmiyyət daşıyan əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

İki ölkə arasında səmimi, dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin önəmini vurğulayan Prezident İlham Əliyev son vaxtlar Bolqarıstan ilə Azərbaycan arasında mədəniyyət sahəsində də fəal əməkdaşlıq aparıldığını qeyd edib.

Dövlət başçısı Bolqarıstanın xarici işlər naziri Daniel Mitovun Azərbaycana səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirib.

Bolqarıstanın xarici işlər naziri Daniel Mitov göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlıq etdi. Ölkələrimiz arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayan Bolqarıstanın xarici işlər naziri dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərimizin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını dedi və əlaqələrimizi bu istiqamətdə gücləndirməyin zəruriliyini qeyd edib.

Enerji layihələrindən danışan bolqarıstanlı nazir "Cənub Qaz Dəhlizi” layihəsinin ölkəsi üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq bu layihənin təkcə Azərbaycan ilə Bolqarıstan arasında deyil, eləcə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsi üçün imkanlar açacağına əminliyini bildirib.

Görüşdə kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol