• $
  • €
  • ₽
  • ₺
  • £

Əhalinin köhnə borclarını "Azərsu" hansı qiymətlərlə hesablayacaq?

Əhalinin köhnə borclarını "Azərsu" hansı qiymətlərlə hesablayacaq?
17.05.2016 13:07
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Tarif Şurasının qərarından sonra əhali arasında su və kanalizasiya xidmətlərinə görə, ötən dövrdə yaranmış borcların mayın 16-dan etibarən qüvvədə olan tariflərə uyğun yenidən hesablanacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.

Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə açıqlamasında yayılan məlumatları təkzib edib: "Yeni tariflərin tətbiqinin abonentlərin əvvəlcədən yaranmış borclarına heç bir təsiri olmayacaq. Sayğacla təmin olunmayan abonentlər ödənişləri ailə üzvlərinin sayına görə aparırlar. Tarif Şurasının qərarına görə, 1 nəfər üçün aylıq norma 5 kubmetr götürülür. Əgər ailədə 4 nəfər varsa, aylıq sərfiyyat 20 kubmetr olacaq və bunun 10 kubmetri (ayın birinci yarısı üçün) regiondan asılı olaraq 31 və ya 36 qəpikdən, qalan 10 kubmetri isə (ayın ikinci yarısı üçün) 45 və ya 50 qəpikdən hesablanacaq".

Smart-kart tipli sayğaclardan istifadə edən abonentlərin mayın 16-na qədər kartlarına yüklədikləri məbləğə gəlincə isə A.Cəbrayıllı bildirib ki, həmin məbləğ köhnə tariflərlə, mayın 16-dan etibarən isə yeni tariflərlə hesablanacaq.

O qeyd edib ki, mexaniki sayğaclarla bağlı isə sayğacın son oxunması ilə tariflər dəyişdikdən sonrakı oxunma arasındakı sərfiyyat günlərin sayına bölünərək orta günlük sərfiyyat çıxarılacaq: "Neçə gün köhnə tarixə düşəcəksə, köhnə tariflə, neçə gün yeni tarixə düşəcəksə, yeni tariflə hesablama aparılacaq. Məsələn, sayğac sonuncu dəfə aprelin 20-də, növbəti dəfə mayın 20-də oxunubsa və 30 gündə 30 kubmetr su sərfiyyatı varsa, günə 1 kubmetr su sərfiyyatı düşür. Bu 30 günün 16 maya qədər olan hissəsi (25 gün) köhnə, qalan günlər (5 gün) isə yeni tariflə hesablanacaq".

"Azərsu" ASC mexaniki sayğacların göstəricilərinin vaxtında və dəqiq oxunması üçün abonentlərdən müfəttişlərə lazımi şəraitin yaradılmasını xahiş edir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol