• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda külli miqdarda istifadəyə yararsız ət aşkarlandı

Bakıda külli miqdarda istifadəyə yararsız ət aşkarlandı
18.05.2016 10:40
May ayının 14-də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları reyd keçiriblər. Baytarlıq nəzarəti məqsədi ilə aparılan reyd zamanı Montində yerləşən "Ucal-Elgün” MMC heyvan kəsim məntəqəsinin soyuducu kamerasında olan heyvan cəmdəklərindən 6 ədəd hissəyə bölünmüş (şaqqa) heyvan ətinin orqanoleptik göstəriciləri şübhə doğurub. Şübhəli ətlərdən baytarlıq mütəxəssislərinin nəzarəti altında nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilib.

Bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Oxu.Az-a bildirilib.

Laboratoriyada aparılan bakterioloji müayinələrin nəticəsinə görə, "Ucal-Elgün” MMC heyvan kəsim məntəqəsinin soyuducu kamerasından götürülən ət nümunələrində bakterioloji çirklənmə (BÇQB, stafilakokkus aureus) aşkar olunub.

Biokimyəvi müayinə zamanı isə həmin ət nümunələrinin keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Baytarlıq nəzarəti məqsədi ilə aparılan reyd həm də Nəsimi rayonunun ərazisində yerləşən "Təzə Bazar” MMC-nin ət qəbulu məntəqəsində aparılıb.

Reyd zamanı "Təzə Bazar” MMC-nin ət qəbulu məntəqəsində Salyan rayonundan paytaxta satış məqsədi ilə, "Ford Transit” 90MG171 dövlət nömrə nişanlı yük avtomobilində mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, üst-üstə yığılmış vəziyyətə, antisanitar şəraitdə, temperatur rejimi gözlənilmədən gətirilən 7 (yeddi) baş iribuynuzlu heyvan cəmdəkləri aşkar edilib.

Ətlərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilib.

Laboratoriyada aparılan bakterioloji müayinələrin nəticəsinə görə, Nəsimi rayonu "Təzə Bazar” MMC-nin ət qəbulu məntəqəsində aşkarlanan heyvan cəmdəklərində bakterioloji çirklənmə (BÇQB, stafilakokkus aureus) aşkar olunub.

Biokimyəvi müayinə zamanı isə heyvan cəmdəklərinin keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Laboratoriya müayinələrinin nəticəsinə uyğun olaraq həm Salyan rayonundan gətirilən, həm də "Ucal-Elgün” MMC heyvan kəsim məntəqəsinin soyuducu kamerasında aşkarlanan keyfiyyətsiz, baytarlıq-sanitariya cəhətdən yararsız olan heyvan ətləri baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl olaraq davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol