• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı Bakıda TANAP-ın maliyyələşdirilməsi məsələsini müzakirə edəcək

Dünya Bankı Bakıda TANAP-ın maliyyələşdirilməsi məsələsini müzakirə edəcək
20.05.2016 20:04
Bununla bağlı Bankın missiyası Azərbaycana gəlib

Bu gün Dünya Bankının (DB) enerji və mədən sənayesi üzrə qlobal praktika meneceri Ranjid Lamexin (Rangid Lamex) rəhbərlik etdiyi missiyanın Azərbaycana səfəri başlayıb. "Report” xəbər verir ki, səfərin məqsədi Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası layihəsində Azərbaycanın payının maliyyələşdirilməsi imkanları ilə bağlı məsələləri müzakirə etməkdir.

Məlumata görə, 4 gün davam edəcək səfər çərçivəsində Bankın missiyası Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyi və digər iqtisadi qurumlarda görüşlər keçirəcək.

Həmçinin, DB-nin Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer də bu gün Azərbaycana gəlib. Artıq Maliyyə Nazirliyində görüş keçirən H.Timmer həmçinin Azərbaycan Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi və digər iqtisadi qurumlarda da olacaq.

H.Timmerin səfərinin mayın 24-də yekunlaşacağı bildirilir.

Xatırladaq ki, dünəndən etibarən DB-nin maliyyə sektoru və bazarlar üzrə praktika meneceri Rolf Behrndtin rəhbərlik etdiyi nümayəndə heyəti də Azərbaycandadır. R.Behrndt Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla görüşüb. Qonağın hökumətin iqtisadi blokunun digər üzvləri ilə də görüşməsi gözlənilir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol