• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: Azərbaycan Xəzər regionunun simvoluna çevrildi

Nazir: Azərbaycan Xəzər regionunun simvoluna çevrildi
23.05.2016 09:45
Azərbaycan Xəzər regionunun bir simvoluna çevrilib.

Oxu.Az xəbər verir ki, bu sözləri energetika naziri Natiq Əliyev ANS-in "Hesabat” verilişində TAP-ın bu həftə baş tutan təməlqoyma mərasimindən danışarkən deyib.

Mir Şahinin suallarını cavablandıran energetika naziri Azərbaycanın Xəzər regionunundan təbii qazı Avropaya çatdıran yeganə dövlət olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan deyəndə hər kəsin daha böyük bir anlamda Xəzər regionunu gördüklərini diqqətə çatdırıb.

"Biz yeni Cənub qaz dəhlizi yaradırıq. Bu adi bir boru kəməri deyil. Biz bugünkü layihə ilə dəhliz yaratdıq. Bu dəhliz vasitəsi ilə "Şahdəniz” yatağının bütün tammiqyaslı işlənməsində olan təbii qaz bu dəhlizdən gedəcək.

Abşeron yatağının qazı da bu dəhlizdən gedəcək. Eyni zamanda biz fikirləşirik ki, Dövlət Neft Şirkətinin kəşfiyyat apardığı strukturlarda da hansısa yeni yataqlar aşkarlanarsa, onun qazı da bu dəhliz vasitəsilə nəql edilə bilər”,- deyə Natiq Əliyev yeni yaradılan dəhlizin perespektivlərindən danışarkən bildirib.

Başqa dövlətlərin - Türkmənistanın, İranın Azərbaycan ərazisindən öz qazını hansısa ölkəyə ixrac etmək istəyi olarsa, bu dəhliz vasitəsi ilə çatdırmaq istəsə, bunu reallaşdıra biləcəyimizi önə çəkən energetika naziri İranın Türkiyə ərazisindən TANAP-a qoşulmasına da etiraz etmədiklərini vurğulayıb.

"Hansı ölkə özünə bu konsepsiyanı qəbul etsə və bu dəhlizlə öz qazını Avropaya çatdırmaq istəsə, biz danışıqlar apararaq buna imkan yaradacağıq. Mən hesab edirəm ki, ən real Türkmənistanın təbii qazının Qərb istiqamətində ixracıdır”,- deyə N.Əliyev yeni layihə haqqında danışarkən qeyd edib.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol