• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbələr üçün iş və təcrübə qazanmaq şansı - FOTOLAR

Tələbələr üçün iş və təcrübə qazanmaq şansı - FOTOLAR
25.05.2016 17:50
Azercell Telekom MMC-nin əməkdaşları "Karyera günləri” çərçivəsində tələbələrlə görüşlərini davam etdirirlər.
 
Şirkət nümayəndələri bu dəfə "Karyerada ilk addım” adı altında Azərbaycan Universitetində keçirilən Karyera Günlərində iştirak ediblər. Şirkətin nümayəndələri ilk növbədə Azercell-də mövcud olan Tələbə Proqramları, o cümlədən "Yay Təcrübə Proqramı” haqqında tələbələrə ətraflı məlumat veriblər. Bildirilib ki, mayın 16-dan etibarən start götürən "Yay Təcrübə Proqramı”na artıq 200-dən çox müraciət daxil olub. Mayın 25-ə qədər davam edəcək müraciətlərin qəbulundan sonra seçim mərhələsi başlayacaq. Azercell nümayəndələri mərhələlərlə seçilən gənclərin 3 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı qazandığını vurğulayiblar. "Yay Təcrübə Proqamı”-nın ilk seçim mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarətdir. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə şirkət nümayəndələri tərəfindən dəyərləndirilir. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar  akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində seçilir. Son seçim turu isə üz-üzə keçirilən müsahibələrdən ibarət olur.

Qeyd edək ki, bu proqram çərçivəsində telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı tələbələrə universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur.
Tələbə proqramları haqqında məlumatdan sonra, Azercell-də karyera qurmaq istəyən gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan barədə məlumat paylaşılıb. Azercell-də işə qəbul olunmaq arzusunda olanların bütün suallarını cavablandırılıb. Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən "Karyera Günləri” təşkil edilir.
 





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol