• $
  • €
  • ₽
  • ₺
  • £

"Ən çox vergidən yayınma halları ticarət və tikinti sahələrində qeydə alınır"

"Ən çox vergidən yayınma halları ticarət və tikinti sahələrində qeydə alınır"
26.05.2016 14:27
"Azərbaycanda bu günə vergidən yayınmaya görə ticarət sahəsində fəaliyyət göstərən 91 şirkət barəsində cinayət işi açılıb və ibtidai istintaq gedir".
 
"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib: "Digər sahələrdə isə bu daha çoxdur - təxminən bir neçə yüzdür".

S.Ələkbərovun sözlərinə görə, Vergilər Nazirliyi vergi bazasını genişləndirmək üçün fəaliyyətini davam etdirir: "Mühüm məsələlərdən biri vergi bazasının genişləndirilməsi ilə bağlıdır. Yeni mənbələrin tapılması və vergiyə cəlb edilməsi məqsədi ilə işlər aparılır. Burada kifayət qədər böyük potensial görürük. Ən çox vergidən yayınma nağd ödənişlərin çox olduğu ticarət və tikinti kimi sahələrdə qeydə alınır. Həmçinin, elektron ticarətin də vergiyə cəlb edilməsi ilə bağlı iş gedir. Azərbaycanda elektron xidmətlər göstərən transmilli şirkətlər var və elektron birjalar fəaliyyət göstərir ki, onlarda da çox böyük məbləğlər var və bu, bizim üçün yenidir".

Ölkədən kənara çıxmaq istəyən vergi borcu olan şəxslərin hava limanında borcunu ödəyib ölkəni tərk etməsinin qeyri-real olduğunu deyən nazir müavini bunu qanunvericiliklə əlaqələndirib: "Bu, məhkəmənin qərarıdır və bu qərarı da yalnız məhkəmə ləğv edə bilər. Qanunda göstərilib ki, əgər ödəniş varsa, maksimum iki gün müddətində məhkəməyə müraciət etməliyik və məhkəmə qərar verməlidir”.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol