• $
  • €
  • ₽
  • ₺
  • £

Fikrət Yusifov: Problemli kreditləri yaradan problem

Fikrət Yusifov: Problemli kreditləri yaradan problem
27.05.2016 21:41
Hər bir problemi yaradan səbəblər olur. Səbəbləri də kateqoriyalara bölmək olar. Əsas səbəblər, ikinci, üçüncü və s. dərəcəli səbəblər.
 
Biz bu gün ölkənin bank sistemində getdikcə artmaqda olan problemli kreditlərin yaranması səbəblərindən və bu vəziyyətin aradan qaldırılmasının real ola biləcək yollarından bəhs edəcəyik. Problemli krediti yaradan əsas səbəblər hansılardır? Araşdırmalar göstərir ki, bütün fors major halları istisna olunmaqla, problemli kreditlərin yaranmasının başlıca səbəbi, bankların kredit verdikləri müştərilər haqqında bilərəkdən və ya bilməyərəkdən kifayət qədər məlumat əldə etməmələridir. Yaranmış durumun səbəblərini araşdırılarkən bəlli olur ki, bizim banklar müştəriləri seçərkən heç onların barəsində ən adi informasiyaları da əldə etmək istəməyiblər. Müştəri cəlb edərkən bir qayda olaraq kəmiyyət göstəricilərinə üstünlük verilib, keyfiyyət göstəricilərinin olduğu isə tamamilə unudulubdur. Belə "müştəri seçiminin” nəticələri göz qabağındadır. Bu üsulla " kreditləşmə” bu gün bank sistemini çox ciddi problemlərlə üz-üzə qoyub. Bankların tamahkarlığı  və "kim daha çox kredit verərsə o da daha çox qazanar” kimi ağılsız bir şüarla bir-biri ilə apardıqları yarışma, onların çoxunu çökdürmək həddinə gətirib çıxarıb. Bəzi nüfuzlu beynəlxalq maliyyə qurumları cari ilin sonuna banklardakı problemli kreditlərin 20-25%-ə qədər arta biləcəyini bəyan edirlər. Əslində bir çox banklar artıq bu həddi çoxdan keçdiklərini yaxşı bilirlər. Sadəcə, gözləmə mövqeyi seçib, dövlətin onları bu bataqlıqdan nə vaxt və necə çıxaracağını gözləyirlər. Belə olan halda istər – istəməz bir sual yaranır.
 
Əgər söhbət sonda gəlib dövlətin üzərinə çıxacaqsa, deməli dövlət bankların fəaliyyətini tam nəzarətdə saxlamağa və vurduqları zərərə görə onların məsuliyyətini qanunla müəyyən etməyə borcludur. Necə ki, dövlət bunu ona zərər vuran başqa müəssisələr və vətəndaşlara münasibətdə edir.
 
Cinayət Məcəlləsi ilə dövlətə vurulan zərərə görə hər bir müəssisə və vətəndaş cinayət məsuliyyətinə cəlb edildiyi kimi, bank da öz yanlış hərəkətləri nəticəsində dövlətə vurduğu zərərə görə  cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu gün bankların fəaliyyətində nəticə etibarılə dövlətə zərər vuran əməllərin geniş kök salmasının əsas səbəbi də belə əməllərə görə onların məsuliyyətinin hüquqi müstəvidə konkret qoyulmamasıdır. Bank krediti kimə gəldi paylayıraq onun geriyə ödənişini təmin edə bilmir, nəticə etibarilə əhalidən və müəssisələrdən cəlb etdiyi əmanətləri qaytarmaqda çətinliklərlə üz-üzə qalır. Belə olduqda o müflis olmaq həddinə çatır. Bu məqamda yeganə xilas yolu isə dövlət dəstəyi olur. Digər tərəfdən bank əhalinin, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatların sərbəst vəsaitlərini cəlb edib, onları başqa ehtiyacı olan tərəflərə kredit kimi satmaqla qazanc əldə edən bir təşkilatdır. Bundan başqa, o, eyni zamanda əhali və müəssisələr üçün müxtəlif hesablaşmaları aparmaqla və onlara digər xidmətlər göstərməklə mənfəət əldə edir.  Deməli hüquqları dövlət tərəfindən qorunan vətəndaşlara və müəssisələrə xidmət göstərən bank, öz fəaliyyəti ilə dövlətə zərər vurursa o qanun qarşısında cavab verməlidir. Nə qədər ki, biz bankların məsuliyyətini bu səviyyədə qoymamışıq, onların "daha çox qazanmaq hərisliyi” nə soykənən özfəaliyyəti  davam edəcək və belə fəaliyyət nəticəsində yaranacaq borcları sonda dövlət ödəməli olacaqdır.

Fikrət Yusifov, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor   



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol