Bakı-Quba-Rusiya yolu bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda olan hissəsi may ayının 30-dan bağlanacaq.
"Azəravtoyol” ASC-dən "APA-Economics”ə verilən məlumata görə, hərəkətin tam olaraq məhdudlaşdırılması yalnız bir hərəkət istiqaməti üzrə (Bakı şəhəri istiqaməti) tətbiq olunacaq.
Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə (Sumqayıt şəhəri istiqamətində) nəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























