• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda borc strategiyasının hazırlanması təklif edilir

Azərbaycanda borc strategiyasının hazırlanması təklif edilir
28.05.2016 13:42

Azərbaycan Hesablama Palatası borca xidmət göstərilməsi və geri ödənilməsi üzrə gələcək xərclərin dayanıqlı olmasını təmin edən borc strategiyasının hazırlanmasını təklif edir.

ANN.Az Report-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd olunub.

"Hesablama Palatası tərəfindən aparılan təhlillər zamanı bir sıra təşkilatlar üzrə dövlət zəmanəti ilə verilmiş kreditlərin ödənişi ilə bağlı müəyyən problemlər müşahidə olunur ki, bu da nəticə etibarilə həmin kreditlərin dövlət büdcəsi vəsaiti hesabına qaytarılması ilə nəticələnə bilər. Hesablama Palatası dövlət borcu portfelinin əhəmiyyətli dərəcədə artımını nəzərə alaraq borc məqsədlərini qiymətləndirməyə imkan verən, tərkib risklərini özündə birləşdirən və borca xidmət göstərilməsi və geri ödənilməsi üzrə gələcək xərclərin dayanıqlı olmasını təmin edən borc strategiyasının hazırlanmasını məqsədəuyğun hesab edir”, - deyə Palatadan bildirilib.

Qeyd olunur ki, 2015-ci il ərzində dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə (daxili borc) borcun (dövlət zəmanəti üzrə) məbləği 5 641,5 mln. manat, faktiki istifadə isə 3 682,9 mln. manat təşkil edib.

Daxili dövlət borclanmasının əsas səbəbi kimi daxili dövlət borcu sayılan şərti öhdəliklərin nəzərəçarpacaq dərəcədə - 3 101,5 mln. manat həcmində artaraq 3 913,0 mln. manat təşkil etməsi olub.

Şərti öhdəliklərin məbləğini isə əsasən Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərinin bağlanması məqsədilə "Aqrarkredit” QSC tərəfindən emissiya edilən dövlət zəmanətli istiqrazlar və bir sıra təşkilatlara dövlət zəmanətilə Mərkəzi Bankdan alınmış kreditlər təşkil edir.

Cari ilin əvvəlinə 4 639,2 mln. manat məbləğində daxili dövlət borcunun bölgüsünə əsasən, dövlət istiqrazları 122,7 mln. manat, Mərkəzi Bankda yerləşdirilmiş qiymətli kağızlar 334,1 mln. manat, dövlət büdcəsindən xidmət edilən kreditlər 269,4 mln. manat, daxili dövlət borcu sayılan şərti öhdəliklər 3 913,0 mln. manat təşkil edib.

"Ötən il Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazlarının emissiyası həyata keçirilməyib. Yerləşdirmənin həyata keçirilməməsinin səbəbini fond bazarının investorlar şəbəkəsinin məhdudluğu və geniş çeşidli bazar şərtləri çərçivəsində effektiv fəaliyyət göstərə bilən çevik təkrar bazarın inkişafının təşviqinin zəif olması ilə əlaqələndirmək olar. Əvvəlki illərin borc öhdəlikləri də nəzərə alınmaqla 2015-ci ildə istiqrazlar üzrə ödənilmiş (geri qaytarılmış) məbləğ 77,582 mln. manat təşkil edib. Nəticə etibarilə dövlət istiqrazları üzrə yaranmış borc məbləği 2014-cü ilə nisbətən 88,7 mln. manat (faizlərlə birlikdə) azalaraq 122,7 mln. manat olub”, - deyə sənəddə qeyd olunub.

Bu il yanvarın 1-nə AMB-nin əlavə xərclərə məruz qalması nəticəsində yaranmış kapital çatışmazlığının bərpası məqsədilə buraxılmış veksellər üzrə ümumi borc 255,4 mln. manat təşkil edib. 

Qeyd edək ki, 2015-ci ildə "Aqrarkredit” QSC-yə dövlət zəmanəti ilə verilmiş 2,5 mlrd. manat borcun hamısı tam istifadə olunub.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol