Bakıda SOCAR-ın yeni inzibati binasının açılışı oldu

Mayın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.
APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
Prezident binanın rəmzi açılışını bildirən lenti kəsib.
SOCAR prezidenti Rövnəq Abdullayev dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbəlidir.
Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan prezidentinin iştirakı ilə qoyulub.
Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























