• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda növbəti eTicarət tədbiri keçirildi — FOTO

Bakıda növbəti eTicarət tədbiri keçirildi — FOTO
31.05.2016 12:54
Bakıda növbəti eTicarət tədbiri keçirilib.

Bakıda növbəti eTicarət tədbiri keçirilib. Etimag-ın xəbərinə görə, ITC Plazada keçirilən tədbir "ETI (Elektron Ticarət İcması)” və ETİD (Elektron Ticaret İşletmecileri Derneği) tərəfindən təşkil olunub.

Tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb.

Teknosa.com və Kliksa.com qurucusu Hakan Orhun, "ePttAVM” şirkətinin Satış direktoru Can Arıca, "Lezzetlihediyyeler.com” CEO-su Ömer Gürkan, "iyzico” şirkətinin Marketing Direktoru Cağdaş Önen, "Garanti Bankası” eTicarət,onlayn və mobil ödənişlər üzrə Baş direktoru Arda Çağaptay , ETİ rəhbəri Rəşad Camal, Axundov Group –un təsisçisi və CEO-su Telman Axundov Lalafo.az şirkətinin CEO-su Kostiantyn Miska kimi mütəxəssislər təcrübə və biliklərini bölüşüblər.

Tədbirdə "ETİ ”rəhbəri Rəşad Camal "Köhnə Biznes Modellərindən Yenisinə keçid” mövzusunda çıxış edib. O, elektron ticarətin gələcəkdə daha da genişlənəcəyini vurğulayıb: "Hazırda dünyanın bir çox pərakəndə mağazalarının bağlandığını görürük. Çünki onlar öz ticarətlərini daha geniş formada internet üzərindən qururlar.” Rəşad Camal tədbirdə ETİ və ETİD arasında əməkdaşlıq və partnyorluq sazişi imzalandığını və bundan sonra bu tip tədbirlərin daha tez-tez təşkil ediləcəyini elan etdi.

Teknosa.com və Kliksa.com qurucusu Hakan Orhun eTicarətdə iş planının qurulmasından danışıb. O, ticarətdə keyfiyyətin xüsusi önəmini vurğulayaraq, keyfiyyətin düzgün təbliğinin sağlam rəqabət baxımından vacib olduğunu deyib. Həmçinin eTicarətə başlayarkən qarşıya çıxan problemlər və onlların həlli yolları barədə danışıb.

"Garanti Bankası” eTicarət,onlayn və mobil ödənişlər üzrə Baş direktoru Arda Çağaptay çıxışında bankların eTicarətin inkişafında bilavasitə rolu olduğunu bildirib. Həmçinin təmsil etdiyi bankın eTicarət-ə verdiyi dəstək, ortaya çıxan problemlər və həlli yolları barədə maraqlı informasiya paylaşıb.

Qeyd edək ki, tədbirin sponsorları "Azal”, "Portmanat.az” və "e-pul.az”dır. Tədbirin təşkilati dəstəyi www.shopera.az , media dəstəyi isə www.etimag.az –a məxsusdur.








www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol