• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev XXIII Beynəlxalq "Xəzər Neft və Qaz" sərgi və konfransının iştirakçılarına məktub ünvanlayıb

İlham Əliyev XXIII Beynəlxalq "Xəzər Neft və Qaz" sərgi və konfransının iştirakçılarına məktub ünvanlayıb
01.06.2016 12:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXIII Beynəlxalq "Xəzər Neft və Qaz" sərgi və konfransının iştirakçılarına məktub ünvanlayıb.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi XXIII Beynəlxalq "Xəzər Neft və Qaz" sərgi və konfransının açılışı münasibətilə ürəkdən salamlayıram.

İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş və neft-qaz sənayesi sahəsində ənənəvi tədbirə çevrilmiş sərginin təşkilindən ötən müddətdə müstəqil Azərbaycan enerji sektorunun inkişafı istiqamətində mühüm irəliləyişə nail olmuşdur. Bu gün dünya iqtisadiyyatının inkişafında, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin enerji ehtiyatları böyük əhəmiyyətə malikdir.

Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan öz üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Hər biri nəhəng enerji layihəsi olan Azəri-Çıraq-Günəşli neft və Şahdəniz qaz yataqlarının işlənilməsi, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bunun bariz nümunəsidir. Hazırda uğurla həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinin icrasında da Azərbaycan öz liderlik mövqeyini bir daha nümayiş etdirmişdir.

Xəzər hövzəsindən Avropaya çatdırılacaq qazın marşrutu çoxdan müzakirə mövzusu idi. Məhz bizim təşəbbüsümüzlə 2012-ci ildə Türkiyə və Azərbaycan arasında TANAP qaz kəməri layihəsinə dair müqavilənin imzalanması sonrakı prosesləri xeyli sürətləndirdi. Nəticə etibarilə Trans-Adriatik qaz kəməri Avropaya gedən əsas ixrac marşrutu seçildi, Cənub Qaz Dəhlizi layihəsinin icrasına başlanıldı və "Şahdəniz-2" layihəsinə start verildi.

Bu meqalayihənin tərkibinə daxil olan TANAP, TAP və digər layihələrlə bağlı işlər fasiləsiz davam etdirilir. Dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycanın iştirakçısı olduğu və icra etdiyi bütün iri layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi təsdiq edilmiş cədvəl üzrə vaxtında gerçəkləşdiriləcək və Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya nəql olunacaqdır.

İnanıram ki, sərgi və konfransınız həm qlobal, həm də regional səviyyədə əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradacaq, dünya miqyasında enerji sahəsindəki proseslərə öz töhfəsini verəcəkdir. Hamınıza gələcək fəaliyyətinizdə nailiyyətlər, ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol