• $
  • €
  • ₽
  • ₺
  • £

Samir Şərifov: Biz saxtakarlıqla, fırıldaqçılıqla üzləşmişik

Samir Şərifov: Biz saxtakarlıqla, fırıldaqçılıqla üzləşmişik
02.06.2016 15:41
"400 milyon manatadək vəsaitin qaytarılması təmin olunub”.

Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı ilkin mərhələdə bankın sağlamlaşdırılması istiqamətində işlər davam etdirilir. Bu işlər Azərbaycan Respublikası prezidentinin sərəncamına uyğun olaraq həyata keçirilir.

Oxu.Az xəbər verir ki, bunu "Amerikanın səsi” radiostansiyasına müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, sağlamlaşdırma tədbirləri çərçivəsində bankın problemli aktivləri bankın balansından çıxarılır.

"Bu çıxarılma da əsasən həmin problemli aktivlərin və həmin aktivlərlə bağlı girovların və girovlarla bağlı tələb hüquqları başqa bir quruma, - "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinə satılır. Cəmiyyət tərəfindən bunlar alınaraq həmin problemli aktivlərin, belə deyək, idarə edilməsi həyata keçirilir və orada bunların satışı da nəzərdə tutulur.

Bu işlər müəyyən bir vaxt aparacaq. Bu tədbirlər başa çatdıqdan dərhal sonra müvafiq maliyyə məsləhətçiləri, güman edirəm ki, bu işlərə beynəlxalq aləmdə nüfuzlu investisiya şirkətləri cəlb ediləcək. Beləliklə, bankın özəlləşdirməyə açıq olması mümkün olacaq”, - deyə nazir bildirib.

Problemli kreditlərdən danışan nazir bildirib ki, onların qaytarılması üçün xüsusi tədbirlər görülür.

"Bu tədbirlərdə bəzi hallarda həm də hüquq-mühafizə orqanları iştirak edir. Çünki, bəzi hallarda biz saxtakarlıqla, fırıldaqçılıqla üzləşmişik. Həmin müdaxilə nəticəsində təxminən 400 milyon manatadək vəsaitin qaytarılması təmin olunub.

Digər vəsaitlərin qaytarılması üzrə bank tərəfindən iş aparılır. Bilirsiniz bank özü bu işlərlə məşğul olsa, bank fəaliyyəti ilə məşğul ola bilməyəcək. Məhz buna görə, beynəlxalq praktikaya uyğun olaraq problemli aktivlərin idarə edilməsi üzrə quruma verilməsi daha məqsədəuyğundur”, - deyə o bildirib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol