Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin etdi

Bu vəzifəyə Əliyar Məmmədyarov təyin olunub
Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinat olub.
"Report"un əldə etdiyi məlumata görə, AMB sədri Elman Rüstəmov Əliyar Məmmədyarovu özünə müşavir təyin edib.
AMB sədrinin digər müşaviri isə Abdulla Məlikaslanovdur.
Qeyd edək ki, Ə.Məmmədyarov bundan əvvəl AMB-nin ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə Nəzarət Departamentinin direktoru olub. Departamentin ləğvinə səbəb isə onun funksiyalarının Maliyyə Bazarlarına Nəzarət Palatasına keçməsidir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























