• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank manatı ucuzlaşdırmağa başlayıb - EKSPERT

Mərkəzi Bank manatı ucuzlaşdırmağa başlayıb - EKSPERT
03.06.2016 12:20
"Dolların dünya bazarında möhkəmlənməsi fonunda Mərkəzi Bankın milli valyutanı uzun müddət gücləndirə bilməyəcəyi bəlli idi”

ANN.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov son günlər manatın dollara nisbətdə zəifləməsinə münasibət bildirərkən deyib.
 
 
Vüqar Bayramov 

İqtisadçının sözlərinə görə, mayın 28-nə dollara nisbətən 1.4906 məzənnəsi ilə daxil olan manatın kursu, ötən müddətdə 1.4964-dək azalıb: "Dünən isə manat dollara nisbətən 1.4934-ə təklif edilirdi. Bu isə o deməkdir ki, bu həftə ərzində manat hər gün əvvəlki günə nisbətən dəyər itirib. Dolların dünya bazarında möhkəmlənməsi fonunda Mərkəzi Bankın milli valyutanı uzun müddət gücləndirə bilməyəcəyi bəlli idi. Möhkəm dollar bütün hallarda valyuta bazarımıza təsirsiz ötüşə bilməz. Doğrudur, Mərkəzi Bank bazarda təklif formalaşdırmaq üçün manatın kursunu müəyyən günlər müəyyən qədər möhkəmləndirmə siyasətini də həyata keçirir”.
 
"Bununla belə, idxalın artması müşahidə edilməkdədir ki, bu da xarici valyutaya tələbi artırır. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin birinci rübündə xarici ticarət dövriyyəsi 3.6 milyard dollar olub. Ticarət dövriyyəsinin 1780,6 milyon dollarını və ya 49,4 faizini ölkədən ixrac olunmuş məhsullar, 1825,9 milyon dollarını isə idxal məhsulları təşkil etmiş, idxalın ixracı üstələməsi nəticəsində 45,3 milyon dollar məbləğində mənfi saldo yaranıb. Xarici ticarətdə mənfi saldo da dollara tələbin artmasına səbəb olur. Bankların biznes kreditləşməsini bərpa etməsi də xarici valyutaya tələbi artırır. Digər tərəfdən, FED-in gözlənilən yığıncağı fonunda manata psixoloji təzyiqlərin artacağı proqnozlaşdırılan idi. Bu həftənin məzənnəsinin təhlili göstərir ki, Mərkəzi Bankı kursu mövcud dəhliz çərçivəsində qoruyub saxlamağa çalışsa da bazardakı tələb milli valyutamızın mövqelərinə təsir etməkdədir. Bu isə Mərkəzi Bankın məzənnə siyasətinə yeni korrektələri qaçılmaz edir. Hər halda, Mərkəzi Bankın heç də uzun müddətdə inzibati rıçaqlarını qoruyub saxlaya bilməyəcəyini proqnozlaşdırmaq elə də çətin deyil” – deyə iqtisadçı V.Bayramov əlavə edib.
 
Orxan Aslanlı


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol