Azərbaycanda bankların dollara tələbatı kəskin artıb

Bugünkü hərraca satışa 50 mln. dollar çıxarılıb, real tələbat isə 4,4 dəfə artıq olub
Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan "Report"a verilən məlumata görə, bu vəsait 23 kommersiya bankına satılıb.
"Report"un bank dairələrindən aldığı digər xəbərə görə, bugünkü hərracda dollar kütləsinə kommersiya banklarının real tələbatı faktiki təklifi 4,4 dəfə üstələyərək 220 mln. dollara çatıb. Bu səbəbdən sabahkı rəsmi məzənnənin bir qədər də yüksəlməsi gözlənilir. Xatırladaq ki, ABŞ dollarının bu günə rəsmi məzənnəsi 1,5024 AZN/USD təşkil edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























