"SOCAR Türkiyə Enerji"nin baş direktoru Türkiyə Futbol Federasiyasında olub

"SOCAR Türkiyə Enerji"nin baş direktoru və "Neftçi" klubunun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov Türkiyə Futbol Federasiyasını (TFF) ziyarət edib.
"Report"un TFF-yə istinadən verdiyi məlumata görə, Z.Qəhramanov milli komandaların təlim-məşq və tədris bazasında olub.
Z.Qəhramanov qurumun İdarə və İcraiyyə Komitəsinin üzvü Cengiz Zülfikaroğlu və federasiyanın baş katibi Kadir Kardaş ilə görüşüb, Türkiyə yığmasına Fransada keçiriləcək AVRO-2016-da uğurlar arzulayıb.
Görüşdən sonra C.Zülfikaroğlu Z.Qəhramanova üzərində futbolçuların adları yazılmış xatirə formasını hədiyyə edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























