• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək haqqından kredit tutula bilərmi?

Əmək haqqından kredit tutula bilərmi?
08.06.2016 23:11
Bir müddətdir mətbuatda yer alan "Əmək haqqından kredit tutula bilərmi?" sualına müxtəlif fikirlər yönəldilir. Bəziləri bu halın qanunsuz olduğu barədə iddialar irəli sürürlər.

Trend-in məlumatına görə, Azərbaycan Banklar Assosiasiyasının Hüquqi məsələlər üzrə Ekspert Qrupu bu suala aydınlıq gətirib: "Bank hesabı və ya kredit müqaviləsinə uyğun olaraq bank özünün kredit müştərisi olan şəxsin bu və ya digər hesabından borc məbləğini akseptsiz qaydada silə bilər. Bu qayda həmçinin ödəniş tələbnamə tapşırığı qaydasında da kredit alanın başqa bankda olan hesabları üzrə də tətbiq oluna bilər. Bank hesabının rejimi bank və ya kredit müqaviləsi ilə tənzimlənir".

Ekspert Qrupu Mülki Məcəllənin 954.1-ci maddəsini əsas gətirir: "Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür". Həmin Məcəllənin 964.1-ci maddəsinə görə isə "Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir". Həmin Məcəllənin 964.2-ci maddəsinə görə "Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir".

Hüquqi məsələlər üzrə Ekspert Qrupu bu və ya digər hallardan çıxış edərək müqavilənin notariat qaydada təsdiq edilməsinə dair qanuni tələb və ya ehtiyacın olmadığını da vurğulayıblar: "Müştəri müqavilədə hesaba dair sərəncam verdiyi üçün kassa mədaxil orderinə ehtiyac qalmır. Yəni bu hal üçün kassa sənədinin (ödəniş nağdsız qaydada aparıldığı üçün) tərtibinə ehtiyac yoxdur. Digər hallarda isə Mərkəzi Bankın qaydalarına uyğun olaraq kassa sənədlərinin tərtib edilməsi tələbi vardır. Müştəri hesabına nəzarət etmək üçün hesabından çıxarış ala bununla da vəsaitinin hansı məbləğdə və hansı hesaba köçürülməsi barədə məlumat ala bilər".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol