• $
  • €
  • ₽
  • ₺
  • £

Kənd təsərrüfatı sahəsində yeni kreditləşmə siyasəti hazırlanır

Kənd təsərrüfatı sahəsində yeni kreditləşmə siyasəti hazırlanır
09.06.2016 12:10
Azərbaycanda kənd təsərrüfatı sahəsində kreditləşmənin keyfiyyətini yüksəltmək və beynəlxalq təcrübəyə uyğunlaşdırmaq üçün işə başlanılıb.

 Kənd Təsərrüfatı Nazırliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə Nazırlik Almaniyanın tanınmış "Frankfurt School of Finance and Management" şirkəti ilə müqavilə imzalayıb.

Şirkət mövcud kreditləşmə sistemini təhlil edərək təkmilləşmə üçün tövsiyələr hazırlamalı, kənd təsərrüfatı sahəsi üçün yeni müasir kredit məhsulları təklif etməlidir. Məsləhətçi şirkətin tövsiyələrinə görə, kreditləşmə siyasəti 3 istiqamətdə həyata keçirilməlidir.

Aqrar sahədə maliyyələşdirmənin strukturunun yaxşılaşdırılmasını nəzərdə tutan birinci istiqamətdə görüləcək işlərə dövlət büdcəsinin və beynəlxalq maliyyə qurumlarının dəstəyini, eləcə də özəl investisiyaları bir-biri ilə uzlaşdırmaq aiddir. Struktur yaxşılaşdırmasında əsas məqsəd büdcə maliyyələşdirməsinin effektivliyini və səmərəliliyini artırmaqdır.

İkinci istiqamət aqrar sahədə istifadə olunan kredit mexanizmlərinin hazırlanmasını nəzərdə tutur. Bu zaman informasiya və tranzaksiya xərclərini azaltmaqla bərabər, maliyyə institutlarının risklərinin də azalması vacibdir. Məqsəd aqrar sahəyə kreditləri maliyyə institutları üçün cəlbedici etməkdir.

Üçüncü isttiqamətdə həyata keçiriləcək kredit və lizinq məhsullarının yaxşılaşdırılması isə son borcalanın ehtiyaclarına və risk profilinə uyğun olmaqla, Azərbaycan kənd təsərrüfatının rəqabət qabiliyyətini yüksəltməlidir. Məqsəd kənd təsərrüfatı kreditlərini daha sosialyönümlü etməkdir.

"Frankfurt School of Finance and Management" şirkəti tövsiyələrini hazırlamaq üçün aqrar sahəyə cəlb olunmuş müxtəlif qruplar və qurumlar arasında araşdırmalar, müsahibələr aparmağı nəzərdə tutur.

Aqrar sahədə yeni kreditləşmə siyasətinin hazırlanması və "Frankfurt School of Finance and Management" şirkəti ilə əməkdaşlıq Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində həyata keçirilir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol