• $
  • €
  • ₽
  • ₺
  • £

"Son illərdə nəqliyyat infrastrukturunun inkişafına 25 milyard dollar yönəlib"

"Son illərdə nəqliyyat infrastrukturunun inkişafına 25 milyard dollar yönəlib"
09.06.2016 15:28
 "Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəlib".
 
"APA-Economics" xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Kabinetinin 44-cü sessiyasında çıxışı zamanı bildirib.
 
"Azərbaycan prezidenti İlham Əliyev ölkədə nəqliyyat infrastrukturunun inkişafına olduqca böyük əhəmiyyət verir. Son illər ərzində nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəlib. Bu vəsait hesabına Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, 1000 kilometrdən artıq beynəlxalq əhəmiyyətli avtomobil yollarının, dəmir yollarının rekonstruksiyası və tamamilə yenilənməsinə xərclənib", - deyə A. Şərifov bildirib.
 
Baş nazirin müavini əlavə edib ki, Azərbaycan hökuməti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına olduqca böyük əhəmiyyət verir.
 
A. Şərifov bildirib ki, Bakı-Tbilisi-Qars layihəsinin icrası da bu il başa çatacaq.
 
Rusiyanın nəqliyyat naziri Maksim Sokolov isə çıxışında təşkilata üzv olan ölkələri əlaqələri genişləndirməyə çağırıb: "Bu, universal bir meydandır. Bu meydandan istifadə edərək biz iqtisadi inkişafımızı sürətləndirə bilərik. Təbii ki, infrastrukturumuzun inkişafı da qarşımızda duran əsas məsələlərdəndir və biz bu tapşırığın öhdəsindən gəlməliyik".
 
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov isə çıxışında Azərbaycanın hazırda bu sahədə reallaşdırdığı layihələrdən danışıb.
 
Tədbir müzakirələrlə davam edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol