• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın beynəlxalq valyuta ehtiyatları mayda 360 mln. dollar artıb

Azərbaycanın beynəlxalq valyuta ehtiyatları mayda 360 mln. dollar artıb
10.06.2016 13:50
 May ayının sonuna olan göstəriciyə əsasən, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitinin ölkənin ümumi beynəlxalq valyuta ehtiyatlarında payı 89%-ə çatıb.
 
"APA-Economics" xəbər verir ki, buna səbəb 2015-ci ildən etibarən (azalma tendensiyası 2016-cı ilin əvvəlində davam edib) Mərkəzi Bankın sərəncamında olan ehtiyatların azalmasıdır.
 
Hazırda mütləq ifadədə Azərbaycanın 39,08 mlrd. dollar həcmində beynəlxalq valyuta ehtiyatları var ki, bu göstəriciyə görə, Şərqi Avropa və MDB ölkələri arasında ölkəmiz 6-cı yeri tutur.

Birinci yeri 387,7 mlrd. dollarlıq beynəlxalq valyuta ehtiyatına malik olan Rusiya tutur. İkinci yeri Polşa (108 mlrd. dollar), üçüncü yeri Qazaxıstan (94,29 mlrd. dollar), dördüncü yeri Çexiya (75,08 mlrd. dollar) və beşinci yeri Rumıniya (40,48 mlrd. dollar) tuturlar.
 
Maraq üçün qeyd edək ki, qonşumuz olan Gürcüstanın 2,569 mlrd. dollar, Ermənistanın isə 1,532 mlrd. dollar həcmində beynəlxalq valyuta ehtiyatı var.
 
2015-ci ilin avqust ayının 1-dən etibarən beynəlxalq valyuta ehtiyatlarının adambaşına düşən payına görə, Şərqi Avropa və MDB ölkələri arasında Çexiya birinci yerdədir - adambaşına 7110 dollar. İkinci yerdə əhalisinin adambaşına 5305 dollar düşən Qazaxıstandır. Di gəl ki, Qazaxıstan MDB ölkələri arasında liderliyini qoruyur. İndiyədək ikinci yerdə qərarlaşan Azərbaycan (adambaşına 4005 dollar) hazırda üçüncülüklə kifayətlənmək məcburiyyətindədir. Müvafiq olaraq, Azərbaycan bu göstəriciyə görə MDB-də ikinci yerdədir. Dördüncü və beşinci yeri Xorvatiya (3520) və Bolqarıstan (3400) tutur.
 
May ayı ərzində nominal ifadədə 8 ölkənin ehtiyatı artıb, 9-da isə azalma müşahidə olunub. Ən çox artım Polşa və Azərbaycanda olub. Ötən ay ərzində Azərbaycanın beynəlxalq valyuta ehtiyatları 360 mln. dollar artıb. Bu göstərici üzrə də Azərbaycan MDB ölkələri arasında liderliyini qoruyub. Maraq üçün qeyd edək ki, Polşada isə artım daha ciddi olub - 3,01 mlrd. dollar.
 
Beləliklə, Azərbaycanda may ərzində beynəlxalq valyuta ehtiyatlarının adambaşına düşən payı da artıb. Polşada bu artım 80 dollar olduğu halda, Azərbaycanda 35 dollar təşkil edib.
 
Qeyd edək ki, Azərbaycanın beynəlxalq valyuta ehtiyatları 2014-cü ildə maksimum səviyyəyə çatıb. Həmin dövrdə ehtiyatlarımız 52,79 mlrd. dollara çatıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol