"Uber" 1,4 mln. manat cərimələndi

Fransa məhkəməsi "Uber" taksi xidmətini 907 min dollar (təxminən 1,4 mln. manat) cərimə edib.
"APA-Economics" xəbər verir ki, şirkətin cərimələnməsinə səbəb qanunsuz nəqliyyat xidmətlərinin göstərilməsi və peşəkar sürücülərin işə cəlb olunmasıdır.
Bundan başqa, şirkətin Avropa, Yaxın Şərq və Afrikada ölkələri üzrə rəhbəri Dmitri Qor-Koti, Fransa üzrə rəhbər Tibo Semfalyuya da şirkətin xidmətində servisin qeyri-dəqiq idarə olunması və qeyri-qanuni xidmətə görə müvafiq olaraq 34 min və 22,7 min dollar cərimə olunublar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























