Nazir: Azərbaycan bankları İranda fəaliyyətə başlaya bilər

"İran banklarının Azərbaycanda fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur”.
"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Ş.Mustafayevin sözlərinə görə, İranda da Azərbaycan bankları fəaliyyət göstərə bilər.
"İlkin razılaşma var ki, İran bankları Azərbaycanda fəaliyyətlərini genişləndirsinlər. Hazırda müzakirələr gedir və buna görə də detalları açıqlaya bilmərəm. Azərbaycan bankları İranda fəaliyyət göstərmək üçün investisiya mühiti ilə maraqlanır”, - deyə, nazir bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























